Xəzər Xəbər

Qadının tükürpədən vəsiyyəti yerinə yetirilib – Cəsədi 27 min parçaya bölünüb və…

Hadisə | 17:47 • 17 Dekabr 2018
Qadının tükürpədən vəsiyyəti yerinə yetirilib

Nasist Almaniyasından xilas olaraq ABŞ-a qaçan Sue Potter 2000-ci ildə bədənini tibb sahəsində istifadə üçün bağışlamaq qərarı verib.

Teleqraf.com xəbər verir ki, iki uşaq anası olan Sue 70 yaşında olarkən, bu qənaətə gəlib.

Qadın şəkər xəstəsi olub, eyni zamanda dəri və döş xərçəngindən bir neçə dəfə əməliyyat olunub.

O, bir gün Kolorado Universitetinin kadavr könüllüsü axtardığını öyrənir. Sue Potter bu layihədə ilk kadavr namizədi olmaq üçün universitetlə əlaqə saxlayır.

Sistemli olaraq universiteti ziyarət edən 70 yaşlı qadın tələbələrlə tanış olur, necə mumlyalanıb dondurulacağını, daha sonra cəsədinin kəsiləcəyini öyrənməyə başlayır.

Qadın bədəninin parçalara bölünəcəyi an klassik musiqi səsləndirilməsini istəyib.

Sue Potter 2015-ci ildə 87 yaşında vəfat edib. Ölümündən sonra onun cəsədi 60 gün müddətində işlənib və 27 min parçaya bölünərək, araşdırılıb.

Xəbər lenti