Xəzər Xəbər

Ana, oğul və nəvənin öldüyü hadisə ilə bağlı YENİ FAKTLAR

Hadisə | 14:39 • 17 Dekabr 2018
Ana, oğul və nəvənin öldüyü hadisə ilə bağlı

Ötən gecə Ağcabədi rayonunun Rəncbərlər kəndində baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar müəyyənləşib.

Hadisə Ağdam rayon sakini Şahin Abdullayev idarə etdiyi "VAZ-2107” markalı avtomobillə ayonun Qiyaməddinli kəndindən Ağcabədi şəhərinə qayıdarkən baş verib. Belə ki, Qiyaməddinlidə qayınatasının evində qonaq olan Ş.Abdullayev geri qayıdarkən tanımadığı yola daxil olub. O, maşınla manevr edərkən nəqliyyat vasitəsi yola bitişik bitən söyüd ağacına çırpılıb.

Nəticədə Ş.Abdullayev və 4 yaşlı oğlu Rövşən hadisə yerində ölüb. 56 yaşlı anası Mətanət isə xəstəxanada vəfat edib.

Qəza nəticəsində daha 4 nəfər də müxtəlif dərəcəli xəsarətlər alıb.

*****

Ötən gecə Ağcabədidə baş vermiş dəhşətli yol qəzasında ölənlərin sayı artıb.

Rayonun rayonun Muğanlı kəndində "VAZ” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılmasə nəticəsində ağır xəsarət alan 56 yaşlı qadın xəstəxanada vəfat edib.

Hadisə zamanı sürücü, 1987-ci il təvəllüdlü Abdullayev Şahin Rövşən oğlu və sərnişin, 2014-cü il təvəllüdlü Abdullayev Rövşən Şakir oğlu hadisə yerində ölüblər. Onların meyitləri əraziyə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin xilasetmə qüvvələri tərəfindən çıxarılıb.

Qeyd edək ki, ölənlər bir ailənin üzvüdür./publika.az

Xəbər lenti