Xəzər Xəbər

Sumqayıtda yolu keçən piyadanı avtomobil vurub öldürdü

Hadisə | 16:38 • 13 Dekabr 2018
Sumqayıtda yolu keçən piyadanı avtomobil vurub öldürdü

Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən xezerxeber.az-a verilən məlumata görə, dekabrın 12-də saat 18 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəhər sakini Yusif Atayev idarə etdiyi "VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Afiq Qəmbərovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Xəbər lenti