Xəzər Xəbər

Avtomobildən 8 kilo narkotik aşkarlandı – Biləsuvarda əməliyyat

Hadisə | 13:52 • 13 Dekabr 2018
Avtomobildən 8 kilo narkotik aşkarlandı – Biləsuvarda əməliyyat

Ötən gün Biləsuvar rayonunda polis əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

Dekabrın 11-də daxil olmuş məlumat əsasında Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən rayonun Xırmandalı kəndi ərazisində "Ford-transit” markalı avtomobil saxlanılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini Şahin Qəfərovun idarə etdiyi həmin nəqliyyat vasitəsindən çəkisi 8 kiloqram 55 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti