Xəzər Xəbər

Dərsə getməyən qızın atası polisdə dindirilib

Hadisə | 10:18 • 13 Dekabr 2018
Dərsə getməyən qızın atası polisdə dindirilib
"Məktəbə buraxılmayan VII sinif şagirdinin atası dünən polis bölməsində izahat yazıb və bu həftədən qızının məktəbə gələcəyini bildirib"

Bu barədə Azvision.az-a açıqlamasına Bakı şəhəri 216 nömrəli orta məktəbin direktoru Elnur Bayramov məlumat verib. Direktorun sözlərinə görə, həmin şəxs qızının müalicə aldığı üçün dərslərdə iştirak etmədiyini deyib.


"Qızın atası Rusiyadan gəlib. Məktəblinin dərsə buraxılmaması ilə bağlı polisdə iş aparılır. Atası yazılı izahat verib ki, onun dərsə gəlməsi təmin olunacaq. Qızın ərə getməsi barədə deyilənlər isə yalandır. Yetkinlik yaşına çatmayan qızın ərə verilməsindən söhbət gedə bilməz”, - deyə E.Bayramov vurğulayıb.

Qeyd edək ki, Bakı şəhəri 216 nömrəli tam orta məktəbdə dərs ilinin əvvəlindən VII sinif şagirdinin (müvafiq səbəblərə görə qız şagirdin adı yazılmır - red.) dərsə davamiyyəti ilə bağlı problem yaranıb. Şagirdin nənəsi yolun uzaq olduğunu, anasının müalicə aldığını, atasının isə Rusiyada işlədiyini səbəb gətirərək onu dərsə gəlməsinin mümkün olmadığını söyləyib.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti