Xəzər Xəbər

200 hektardan çox taxıl sahəsi və üzüm bağında ziyanverici aşkarlandı

Hadisə | 13:41 • 12 Dekabr 2018
200 hektardan çox taxıl sahəsi və üzüm bağında ziyanverici aşkarlandı

Taxıl sahələrini, meyvə və üzüm bağlarını, yonca və təbii otlaqları əhatə edən 241 hektar sahədə siçanabənzər gəmiricilərə sirayətlənmə müəyyən olunub.

Kənd Təsərrüfatı Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, dövlət büdcəsi vəsaiti hesabına 35 hektar taxıl sahəsində brodifak preparatı ilə kimyəvi mübarizə tədbirləri aparılıb.

Cəlilabad Rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən Astanlı, Zopun, Hamaraqışlaq, Ağdaş, Pirvonlu, Kovuzbulaq, Şatırlı, Qurdlar kəndləri ərazilərini əhatə edən 1460 hektar sahədə siçanabənzər gəmiricilərə qarşı fitosanitar müşahidələr aparılıb və 1210 hektar sahənin gəmiricilərlə sirayətləndiyi müəyyən edilib. Dövlət büdcəsi vəsaiti hesabına Brodifak preparatı ilə 650 hektar sahədə mübarizə aparılıb. Mübarizənin iqtisadi səmərəliliyi 89,91% olub.

Hazırda hər iki rayonda mübarizə işləri davam etdirilir.

Mübarizə tədbirləri ilə yanaşı ərazidə çalışan işçilər işə başlamamışdan əvvəl ciddi şəkildə təlimatlandırılır və onlara aldadıcı yemin tətbiqi zamanı təhlükəsizlik qaydaları ilə bağlı müvafiq tövsiyələr verilir.

Xəbər lenti