Xəzər Xəbər

Tramp müharibənin başa çatacağı TARİXİ AÇIQLADI

Hadisə | 13:37 • 12 Dekabr 2018
Tramp müharibənin başa çatacağı

ABŞ Suriyada İŞİD terror təşkilatı üzərində qazanılan qələbələrin davamlılığını təmin etmək üçün daxili təhlükəsizlik gücləri qurulana kimi bu ölkədə qalacaq.

"Anadolu” agentliyi xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Trampın İŞİD terror qruplaşmasına qarşı beynəlxalq koalisiyadakı xüsusi nümayəndəsi Brett Makqurk Dövlət Departamentində təşkil edilən mətbuat konfransında bildirib.

O, Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatların hələ davam etdiyini deyib.

Ağ Evdə təşkil edilən bir tədbirdə danışan prezident Donald Tramp isə İŞİD-lə mübarizənin başa çatmaq üzrə olduğunu, terrorçuların 30 gün ərzində məhv ediləcəyini ifadə edib.

"İŞİD-ə qarşı çox böyük iş gördük. Dünyanın o bölgəsində sayları çox az qaldı və qarşıdakı 30 gün içində heç biri qalmayacaq”, - Tramp qeyd edib.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) daha əvvəlki bir hesabatında ABŞ-ın dəstəklədiyi "Suriya Demokratik Gücləri”nin (SDG - əsas hissəsi PYD/PKK terror təşkilatı təşkil edir –red.) Suriyada "daxili təhlükəsizlik gücü”, "sərhəd təhlükəsizliyi gücü” və "partlayıcı mütəxəssisi” adlı təlimlərə başladığını və terrorla mübarizə güclərinin yenidən formalaşdırılacağını bildirmişdi. Hesabata görə, ABŞ-ın Suriyadakı hərbçilərinin sayı 4 dəfə artırılaraq 2 minə çatdırılıb. ABŞ-ın Suriyada ümumilikdə 12 min 500-ə yaxın "əsgər”ə təlim keçdiyi və bunun 11 mindən çox hissəsinin SDG güclərindən ibarət olduğu bildirilir.

Pentaqon təlim alan bu güclərin sərhəd mühafizəsi birliyi olmadığını, "daxili sabitlik və təhlükəsizlik gücü” olacağını iddia edir./publika.az

Xəbər lenti