Xəzər Xəbər

Beyləqanda yanğın, bir nəfər xəsarət alıb

Hadisə | 09:55 • 12 Dekabr 2018
Beyləqanda yanğın, bir nəfər xəsarət alıb
Beyləqanda 2 otaqlı ev yanıb.


FHN-dən XəzərXəbər-ə verilən məlumata görə, rayonun Əlinəzərli kəndində ümumi sahəsi 84 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti