Xəzər Xəbər

Uşaqlarını görməyə gəldi, qayınatasını öldürdü... Qubada baş verən qətlin təfərrüatı

Hadisə | 11:08 • 11 Dekabr 2018
Uşaqlarını görməyə gəldi, qayınatasını öldürdü...

İlkin dindirmələr zamanı məlum olub ki...

Qubada həmkəndlisini öldürən şəxs polis tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, dekabrın 8-də axşam saatlarında rayonun 2-ci Nügədi kənd sakini Heybət Heybətovun bədənin bir neçə nahiyəsinin daxilə nüfuz edən kəsilmiş deşilmiş yaraları xəsarəti ilə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Xəstə dərhal əməliyyat olunsa da, dünyasını dəyişib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmin kənd sakini Mehman Balayev saxlanılıb. İlkin dindirmələr zamanı məlum olub ki, küsüb atası evinə gedən həyat yoldaşının yanına - uşaqlarını görməyə gedən kənd sakini olan 39 yaşlı Mehman Fərhad oğlu Balayev qaynatası Heybət Ağaverdi oğlu Heybətovla mübahisə edib və ona qol, çiyin və qarın nahiyəsindən 5 bıçaq endirib.

Dərhal Quba rayon mərkəzi xəstəxanasına çatdırılan 57 yaşlı qayınata Heybət Heybətov xəstəxanada ölüb. Mehman Balayevin həyat yoldaşı 3-4 aydır atası evinə qayıtmışdı. İki azyaşlı uşağını görməyə gələn kürəkənin qaynata ilə sözü çəp gəlib və onu bıçaqla ağır yaralayıb.

O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, H.Heybətova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti