Xəzər Xəbər

Borc yiyəsinin qardaşını girov götürdü, pul tələb etdi TƏFƏRRÜAT

Hadisə | 10:46 • 11 Dekabr 2018
Borc yiyəsinin qardaşını girov götürdü, pul tələb etdi

Zorla maşına mindirib hədə-qorxu gəliblər, sonra da...

Nərimanov Rayon Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb.

Əmirxanlı Rövşən Elşən oğlu və Ramazanov Rasim Cuma oğlunun məhkəmə prosesi hakim Samir Məmmədovun sədrliyi ilə keçirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ötən il noyabrın 8-də Bakı şəhər sakini Balabəy Məmmədov Nərimanov Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək Binəqədi rayonunda qardaşları ilə birlikdə olarkən borcu olduğu Rövşən Əmirxanlının Rasim və Orxan adlı şəxslərlə birlikdə onların qarşını kəsib zorla maşına oturdub, hədə-qorxu gəldikdən sonra akademik Həsən Əliyev küçəsində qardaşı Rüfət Kəngərlini girov götürərək özləri ilə apardıqlarını bildirib.

Həmin şəxslər B.Məmmədovla əlaqə saxlayaraq qardaşının azad olunması müqabilində ilkin olaraq 1000 manat tələb ediblər. Pulu verməyəcəkləri təqdirdə isə qardaşını qətlə yetirəcəklərini bildiriblər.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən və əvvəllər dəfələrlə məhkum olunmuş Rasim Ramazanov, Rövşən Əmirxanlı və Orxan Ağalı saxlanılıb.

Dəstə üzvləri R.Kəngərlini oğurlayandan sonra onu səhərə qədər R.Ramazanovun Biləcəri qəsəbəsində kirayə yaşadığı evdə saxlayıblar.

Saxlanılan şəxslərdən R.Ramazanovun üzərinə baxış zamanı bir idman tapançası, gözyaşardıcı qaz balonu, iki bıçaq, 20 ədəd "Fenadiazepin”, 20 ədəd "Tramadol”, 9 ədəd "Contromal”, 2 ədəd "Gerica” psixotrop həbləri, eləcə də 2,031 qram heroin aşkarlanıb. Ayrıca olaraq R.Əmirxanlıdan da 2,931 qram heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

AzNews.az

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti