Xəzər Xəbər

84 qətl törətdi, 16-40 yaşlarında qadınları… Rusiyanın ƏN QƏDDAR MANYAKI - FOTO

Hadisə | 13:43 • 10 Dekabr 2018
84 qətl törətdi, 16-40 yaşlarında qadınları…

İyirmi iki qadının qətlində ittiham edilmiş Rusiya sakini Mixail Pokov daha bir ömürlük həbsə məhkum edilib.

Bu haqda "İnterfaks” agentliyi bildirib.

İrkutsk vilayətinin Anqarsk şəhərinin sakini olan keçmiş milis xüsusi qəddarlıqla 60 yeni qətldə və qadınların zorlanmasında, həmçinin 1999-cu ildə həmkarı olan bir milisin qətlində günahkar tanınıb. Bundan başqa, o, xüsusi rütbədən məhrum edilib.

İstintaqın məlumatına görə, Pokov 1992-ci ildən 2010-cu ilə qədər ən azı 84 qətl törədib. 16 yaşdan 40 yaşa qədər olan qadınlar onun qurbanı olurdu.

Xatirladaq ki, Pokov 2015-ci ildə 22 qətlə görə ömürlük azadlıqdan məhrum edilmişdi. Bununla belə, o, yeni qətlləri etiraf edərək "Qara delfin” xüsusi rejimli koloniyaya köçürülməsini təxirə salmağı bacarıb.

Təsdiq edilmiş ittihamnamə ilə cinayət işinin həcmi 322 cild təşkil edib./publika.az

Xəbər lenti