Xəzər Xəbər

Evə gəldi, 3 min manatlıq qızılının oğurlandığını gördü

Hadisə | 11:16 • 10 Dekabr 2018
Evə gəldi, 3 min manatlıq qızılının oğurlandığını gördü

Otaqlar dağınıq vəziyyətdə, dolabların qapıları taybatay açıq...

Oğurluq cinayəti Bakının Nizami rayonunda baş verib.

XəzərXəbər-in məlumatına görə, rayonun Y.Səfərov küçəsində yaşayan Hüseyn Səfərov axşam evinə gələn zaman gözlərinə inanmayıb. Belə ki, otaqlar dağınıq vəziyyətdə, dolabların qapıları taybatay açıq. Ev sahibi evində olan qiymətli əşyaları yoxlayan zaman 3 min manatlıq qızılının oğurlandığını görüb.

Zərərçəkmiş oğurluq faktı ilə bağlı dərhal polisə məlumat verib. Hadisə yerinə gələn polis əməkdaşları ilkin müayinələr aparıblar və H. Səfərovun izahatı alınıb.

Faktla bağlı Nizami RPİ-nin istintaq Şöbəsində cinayət məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti