Xəzər Xəbər

Bakıda “KAMAZ” "Chevrolet"lə toqquşdu - ölən var

Hadisə | 11:35 • 2 Dekabr 2018
Bakıda “KAMAZ” "Chevrolet"lə toqquşdu -
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonunda "KAMAZ” markalı yük avtomobili və "Chevrolet" markalı minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfər sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil verib. 


Xezerxeber.az FHN-ə istinadən məlumat verir ki, əməliyyat başa çatıb.

Xəbər lenti