Xəzər Xəbər

İrkutskda dəhşət: Üç azərbaycanlı uşaq diri-diri yanıb öldü

Hadisə | 17:44 • 1 Dekabr 2018
İrkutskda dəhşət:

Ataları Azərbaycana deportasiya edilmiş körpələr gecə evdə anasız qalıblar və yanaraq ölüblər

Üç azərbaycanlı uşaq Rusiyanın İrkutsk vilayətinin Nijneudin rayonunun Xudoelansk qəsəbəsindəki evdə baş verən yanğın nəticəsində həlak olub. Bu barədə İrkutskın Weacom.runəşri məlumat yayıb.

Bir, iki və üç yaşlı üç uşaq gecə vaxtı evdə tək olublar və yanğın nəticəsində ölüblər. Məlum olub ki, bu uşaqların atası Azərbaycan vətəndaşıdır. İl yarım bundan əvvəl o, Azərbaycana deportasiya edilib. Uşaqların 24 yaşlı anası isə faciə baş verən gecə uşaqları evdə tək qoyub bara işləməyə gedib.

Qonşuların sözlərinə görə, qadın daim işləyirmiş ki, uşaqlar çətinlik çəkməsin. Anaları işdə olan vaxt, uşaqların yanında nənələri qalırmış. Həmin faciənin baş verdiyi gün qadın körpələri yatağa uzadaraq tanışıgilə gedib və gecəni onlarda keçirib.

Yanğın səhər başlayıb. Qonşular uşaqlara kömək etməyə cəhd göstərsələr də, çox gec olub. Uşaqların ikisinin cəsədi çarpayının altında tapılıb. Qorxmuş uşaqlar çarpayının altına girərək alovdan gizlənirlərmiş. Məlumata görə, yanğının baş verdiyi ərazi cəmi 3 kv. metr təşkil edib.

Faktla bağlı cinayət işi açılıb.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti