Xəzər Xəbər

Rusiyada Azərbaycan vətəndaşı cərimələndi qanunsuz alkoqollu içki satıb

Hadisə | 10:56 • 1 Dekabr 2018
Rusiyada Azərbaycan vətəndaşı cərimələndi

Azərbaycanlı 50 min rubl məbləğində pul ödəyəcək

Rusiyanın Tomsk vilayətinin Oktyabrsk rayonunda məhkəmə Azərbaycan vətəndaşını cərimələyib.

Bu barədə regionun prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

55 yaşlı azərbaycanlı alkoqollu içkilərin qanunsuz satışı ilə bağlı ittiham edilib.

Bildirilir ki, Azərbaycan vətəndaşı 2017-cilin dekabrın 7-dən 2018-ci ilin aprelin 26-a qədər üçüncü şəxsdən spirtli içkilər alıb və evdə öz tanışlarına satıb. Lakin onun satışa lisenziyası olmayıb.

Qeyd edilir ki, Azərbaycan vətəndaşı bundan əvvəl də eyni əmələ görə məsuliyyətə cəlb olunub.

Məhkəmənin qərarı ilə, azərbaycanlı 50 min rubl (təxminən 1 300 manat – red.) məbləğində cərimə edilib. (Oxu.az)

Xəbər lenti