Xəzər Xəbər

Tənha yaşayan qadın evində diri-diri YANDI

Hadisə | 11:43 • 30 Noyabr 2018
Tənha yaşayan qadın evində diri-diri YANDI

Kürdəmir rayonunda qadının ölümü ilə nəticələnən yanğın hadisəsinin təfərrüatları məlum olub.

Publika.az xəbər verir ki, rayon mərkəzindəki Bakı prospekti, ev 41/5 ünvanında baş vermiş və ev sahibəsi Bəyim Əlirza qızı Rəhimovanın yanaraq ölməsinə səbəb olan hadisənin qaz sızmasından baş verdiyi üzə çıxıb. Belə ki, tənha yaşayan B.Rəhimova qaz sobasını yanılı qoyaraq yatıb və bir qədər sonra qaz sobasını alov bürüyüb. Daha sonra yanğının miqyası böyüyüb və yaşlı qadın otağında yanaraq ölüb.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

*****

Kürdəmir rayonunda fərdi yaşayış evində yanğın baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə şəhərin Bakı prospekti, ev 41/5 ünvanında qeydə alınıb.

Yanğın ümumi sahəsi 150 kvadratmetr olan 4 otaq və 1 mətbəxdən ibarət kürsülü evin 12 kvadratmetrlik otağında çıxıb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və 12 əməkdaşı cəlb olunub. Nəticədə ev sahibəsi Bəyim Əlirza qızı Rəhimovanın yanmış meyiti yataq otağında tapılıb.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğundə araşdırma aparılır.

Xəbər lenti