Xəzər Xəbər

Gömrükdə 1 300 qutu pirotexniki vasitə aşkarlanıb

Hadisə | 11:57 • 30 Noyabr 2018
Gömrükdə 1 300 qutu pirotexniki vasitə aşkarlanıb
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan qayıdan, Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı avtomobil saxlanılıb.


Komitədən XəzərXəbər-ə verilən məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaş nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin arxa söykənəcəyin arxasında üzərində "Picolla Corsar" yazısı olan 1 300 qutu pirotexniki vasitələr aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.

Xəbər lenti