Xəzər Xəbər

Qanunsuz ov edən ərəblər saxlanılıb

Hadisə | 10:11 • 30 Noyabr 2018
Qanunsuz ov edən ərəblər saxlanılıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən keçirilən reydlər zamanı Biləsuvar rayonu ərazisində icazəsiz ov edən əcnəbi vətəndaşlar saxlanılıb.


XəzərXəbər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir ki, araşdırma zamanı brakonyerlərin Qətər vətəndaşı Khalid Abdulla Al-tani və Səudiyyə Ərəbistanı vətəndaşı Alghamadi Ali Jameel olduğu müəyyən edilib.

Onlardan adı Azərbaycan Respublikasının "Qırmızı Kitabı”na düşən bəzgək quşları götürülüb və təbiətə buraxılıb. Faktla bağlı brakonyerlər barəsində akt, protokol tərtib olunub və onlara ümumilikdə 5980 manat məbləğində ziyan və cərimə tətbiq edilib.

Masallı rayonunda keçirilən reyd zamanı isə icazəsiz ova cəhd edən Sığıncaq kənd sakini Amid Hacıyev saxlanılıb və ondan ov tüfəngi götürülüb. Faktla bağlı brakonyer barəsində akt, protokol tərtib olunub və ona 1000 manat məbləğində cərimə tətbiq edilib.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti