Xəzər Xəbər

Bakıda yol qəzalarında 2 piyada ölüb

Hadisə | 15:15 • 29 Noyabr 2018
Bakıda yol qəzalarında 2 piyada ölüb

Ötən gün yol qəzalarında 2 piyada ölüb, daha iki nəfər xəstəxanaya yerləşdirilib.

DİN-dən xezerxeber.az-a verilən məlumata görə, noyabrın 28-də saat 6 radələrində Səbail rayonunun Neftçilər prospektində Bakı şəhər sakini Natiq Abdullayev idarə etdiyi "Hyundai” markalı avtomobillə yolu keçən Qəbələ rayon sakini Tərxan Bayramlını, paytaxt sakinləri Nahid Bəndəliyevi və Nicat Rəsulovu vurub. Nəticədə N.Bəndəliyev hadisə yerində ölüb, xəsarət almış digər iki piyada xəstəxanaya yerləşdiriliblər.

Noyabrın 28-də saat 18 radələrində Xətai rayonunun M.Hadi küçəsində Bakı şəhər sakini Elnur Şahbazov idarə etdiyi "VAZ-21099” markalı avtomobillə yolu keçən Neftçala rayon sakini Aybəniz Zeynalovanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti