Xəzər Xəbər

Bakı-Sumqayıt yolunda zəncirvari qəza Avtomobil DYP postuna girdi

Hadisə | 12:18 • 29 Noyabr 2018
Bakı-Sumqayıt yolunda zəncirvari qəza

Bakı-Sumqayıt yolunda zəncirvari qəza baş verib.

Qəzaya piyadanın qəfil yola çıxması olub.

Piyadanın yola çıxması nəticəsində 4 avtomobil biri-birinə, daha bir avtomobil isə divara çırpılıb.

Belə ki, sürət həddi 80 km/saat olan yolun hərəkət zolağına piyadanın çıxması nəticəsində sol zolaqla hərəkət edən "VAZ 2107", "Niva", "Mercedes Benz" və KİA markalı avtomobillər bir-birinə çırpılıb. Sağ zolaqla hərəkət edən "Nissan Qashqai" markalı avtomobil isə Xırdalandakı DYP postunun divarına çırpılıb. Qəza nəticəsində avtomobilin ön tərəfi tamamilə deformasiyaya uğrayıb.(Report)

Xəbər lenti