Xəzər Xəbər

Bakının mərkəzindəki keçidin üstündə DƏHŞƏT 3 gəncdən biri öldü, digər ikisi isə...

Hadisə | 11:53 • 29 Noyabr 2018
Bakının mərkəzindəki keçidin üstündə DƏHŞƏT

Bakının mərkəzində baş verən dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Saat 06 radələrində Səbail rayonu Neftçilər prospektində 1986-cı il təvəllüdlü Abdullayev Natiq Əliağa oğlu idarə etdiyi "Hyundai Accent” markalı, 99 NU 793 dövlət qeydiyyat nişanlı minik avtomobili piyada keçidinin üzərində yolu keçməyə çalışan 3 gənc oğlanı vurub. Belə ki, havanın alaqaranlıq vaxtı 1996-cı il təvəllüdlü Bəndalıyev Nahid Zahid oğlu, 1995-ci il təvəllüdlü Bayramlı Tərxan Rəfail oğlu və 2001-ci ildə anadan olmuş Rəsulov Nicat Həyat oğlu yolun boş olduğunu düşünərək Hökumət Evinin qarşısındakı – Puşkin küçəsi ilə kəsişmədəki yeraltı keçidə düşməyiblər. Onlar Neftçilər prospektini qaçaraq keçmək istəyərkən "Hyundai” markalı avtomobilin zərbəsinə tuş gəliblər. Nəticədə 22 yaşlı Nahid aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Digər 2 piyada isə müxtəlif dərəcəli xəsarətlərlə Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Faktla bağlı Səbail rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

*****

Bakının mərkəzində ölümlə nəticələnən yol qəzası baş verib.

Saat 06 radələrində Səbail rayonu Neftçilər prospektində 99 NU 793 dövlət qeydiyyat nişanlı minik avtomobili yolu keçməyə çalışan gənc oğlanı vurub. Ağır xəsarətlər alan 22 yaşlı piyada hadisə yerində keçinib.

Bildirilir ki, hadisə vaxtı yol boş olub və qaçaraq yolu keçmək istəyən gənc sürətlə gələn minik avtomobilinin zərbəsindən yayına bilməyib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər lenti