Xəzər Xəbər

Daxili orqanında psixotrop maddə aşkarlandı

Hadisə | 13:21 • 29 Noyabr 2018
Daxili orqanında psixotrop maddə aşkarlandı

İran vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olmuş məlumat əsasında İran İslam Respublikasından gələn bu ölkə vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb.

Dövlət Gömrük Komitəsindən XəzərXəbər-ə  verilən məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaş üzərində və əl yükündə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, onun daxili orqanı - düz bağırsağında rezin bükümdə, cəmi 24 ədəd mavi, silindir formalı psixotrop maddə - metilendioksimetamfetamin adlı həblər aşkarlanıb.

Qeyd edək ki, metilendioksimetamfetamin MDMA (ekstazi) maddədir. MDMA "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in I Siyahısına daxildir və 24 ədəd həbdə MDMA-nın təsiredici maddəsinin ümumi miqdarı 0.72 qram təşkil edir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti