Xəzər Xəbər

Azərbaycanda 19 yaşlı gəncin ölümünün DƏHŞƏTLİ TƏFƏRRÜATI: atasının maşınını qaçırdı və...

Hadisə | 14:05 • 27 Noyabr 2018
Azərbaycanda 19 yaşlı gəncin ölümünün DƏHŞƏTLİ TƏFƏRRÜATI:

Kürdəmir rayonunda 19 yaşlı oğlanın ölümü ilə nəticələnən yol qəzasının təfərrüatları məlum olub.

Rayonun Xirdapay kəndi ərazisində aşan "KİA Rio” markalı avtomobili idarə edən 1999-cu il təvəllüdlü Əli Sahib oğlu Abbasovun maşını sürücülük vəsiqəsi olmadan idarə etməsi məlum olub.

Belə ki, noyabrın 25-də 19 yaşlı Əli atasına məxsus olan mağazanın qarşısından icazəsiz olaraq "KİA Rio" markalı avtomobili götürərək uzaqlaşıb. O, həmin gecəni evə gəlməyib və ailə üzvləri polisə müraciət edərək Əli Abbasovun maşınla birgə itkin düşdüyünü bildiriblər. Dünən isə gənc oğlan rayon mərkəzinə bitişik olan Xırdapay kəndi ərazisində maşının idarəetməsini itirərək aşırıb. O, su kanalına düşən avtomobildən çıxa bilməyib və suda boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır./publika.az

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti