Xəzər Xəbər

“O, insanları parçalamağı sevir, zövqlə…” – Çavuşoğlu dinlədiyi səs yazısındakı DƏHŞƏTLƏRİ DANIŞDI

Hadisə | 13:19 • 27 Noyabr 2018
“O, insanları parçalamağı sevir, zövqlə…”

Almaniyanın "Süddeutsche Zeitung” qəzetinə verdiyi müsahibə verən Türkiyənin xarici işlər naziri Camal Qaşıqçı cinayəti ilə bağlı dəhşətli ifadələr işlədib.

Səudiyyəli jurnalistin öldürülmə anına aid səs qeydlərini dinlədiyini deyən nazir Qaşıqçının 7 dəqiqə ərzində öldürüldüyünü bildirib.

"Gizli xidmətlər mənbələrini açıqlamırlar. Amma mən onları dinlədim. Qaşıqçı 7 dəqiqə ərzində öldürülür. Bu qəsdən adam öldürmədir. Geri dönməyə razı sala bilmədikləri üçün öldürməyə qərar veriblər. Məhkəmə ekspertinin necə təlimat verdiyini eşidirik. Bədəni parçalayarkən musiqi dinləməli idilər. Bunu zövqlə etdiyi məlum olur. O, insanları parçalamağı sevir. Bu, iyrənclikdir”, - Çavuşoğlu deyib.

Çavuşoğlu Qaşıqçı cinayətində bir çoxlarının Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı günahkar hesab etməsinə baxmayaraq, ABŞ prezidenti Donald Trampın "Məhəmməd bin Salmanı jurnalist Camal Qaşıqçı cinayətində ittiham etmək üçün kifayət qədər dəlil yoxdur” deməsini şərh edib:

"Trampın niyə belə dediyini bilmirəm. Amerikalıların bizim bilmədiyimiz başqa sübutlara sahib olub-olmadığını da bilmirəm. Amma "bəlkələr” bizim üçün kifayət deyil, əmin olmalıyıq. Bir çox sual var. Türkiyədə cinayətkarlara kimlər kömək etdi, cəsəd haradadır? Səudiyyə hakimiyyəti bizdən məlumatları istəyirlər, amma bizə məlumat vermirlər. Yerli işbirlikçilərin robot şəkillərini göndərmək istədilər. Niyə robot şəkil? Səudiyyəlilər adlarını artıq bilirlər”./publika.az

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti