Xəzər Xəbər

Sumqayıtda strateji əhəmiyyətli rabitə kabelini oğurlayan şəxs saxlanılıb - FOTO

Hadisə | 12:29 • 23 Noyabr 2018
Sumqayıtda strateji əhəmiyyətli rabitə kabelini oğurlayan şəxs saxlanılıb -

Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən şəhər telefon qovşağına məxsus strateji əhəmiyyətli rabitə kabelləri kəsilərək naməlum şəraitdə oğurlanıb. Bu barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olan kimi dərhal araşdırmalara başlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən xezerxeber.az-a verilən məlumata görə, həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş H.Z.Tağıyev qəsəbəsi sakini Nicat Heydərov saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin telefon qovşağına məxsus quyulardan ayrı-ayrı vaxtlarda ümumilikdə 500 metr kabeli oğurladığı daha sonra yandıraraq mis halında əlvan metal qəbulu məntəqələrinə satdığı məlum olub. Qeyd edək ki, N.Heydərov bir müddət əvvəl yaşadığı qəsəbənin ərazisində rabitə quyularında yeni kommunikasiya xətlərin çəkildiyini müşahidə edib. O. ifadəsində elə həmin vaxtdan kabelləri oğurlamaq fikrinə düşdüyünü bildirib.

Qeyd olunan faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti