Xəzər Xəbər

Borcu olan 12 nəfər saxlanılıb

Hadisə | 10:39 • 23 Noyabr 2018
Borcu olan 12 nəfər saxlanılıb

Noyabrın 22-dən 23-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 119 cinayət faktı qeydə alınıb, onların da 22-i "isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 19 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

Xəbər lenti