Xəzər Xəbər

4 iranlı saxta sənədlə Azərbaycana keçmək istədi

Hadisə | 13:11 • 22 Noyabr 2018
4 iranlı saxta sənədlə Azərbaycana keçmək istədi
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.


Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən XəzərXəbər-ə verilən xəbərə görə, DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində son günlərdə 4 İİR vətəndaşının saxta sənədlərlə Azərbaycan Respublikasının dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.

Belə ki, 21 noyabr 2018-ci il tarixdə "Tehran-Bakı” aviareysi ilə ölkəmizə uçub gələn İran İslam Respublikası vətəndaşları 1969-cu il təvəllüdlü Abdikord Əli Qulamrıza, 1978-ci il təvəllüdlü Ebrahim-niaomrani Arzu Qulaməli, 2015-ci il təvəllüdlü Abdikord Afşin Əli oğlu və 2001-ci il təvəllüdlü Abdikord Afaq Əlinin sərhəd nəzarətinə təqdim etdikləri İtaliya pasportları şübhə doğurub, dərinləşdirilmiş laborator müayinə nəticəsində saxta olmaları müəyyən edilib.

Araşdırma zamanı saxlanılan şəxslərin üzərində onlara məxsus İİR pasportları aşkar olunub, həmin pasportlara əsasən onların 17.11.2018-ci il tarixdə «Tehran-İstanbul» aviareysi ilə uçmaları və bir gündən sonra geri qayıtmaları müəyyən olunub. Saxta İtaliya pasportlarını da Türkiyədən almaları ehtimal edilir. Müvafiq araşdırmalardan sonra saxlanılmış şəxslər gəldikləri istiqamətdə ölkə ərazisindən deportasiya olunublar.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti