Xəzər Xəbər

305 ədəd “Metadon” qanunsuz dövriyyədən çıxarıldı

Hadisə | 12:51 • 22 Noyabr 2018
305 ədəd “Metadon” qanunsuz dövriyyədən çıxarıldı

Respublikanın daxili işlər orqanları narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı tədbirləri qətiyyətlə davam etdirirlər. Ötən gün bu istiqamətdə keçirilən tədbirlər nəticəsində polis əməkdaşları tərəfindən xeyli sayda güclü təsiredici həblər götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini Z.Abdullayeva saxlanılıb. Ondan güclü təsiredici xüsusiyyətə malik 305 ədəd metadon həbləri aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər lenti