Xəzər Xəbər

Yük maşını qəza törətdi, qum yola dağıldı

Hadisə | 09:54 • 22 Noyabr 2018
Yük maşını qəza törətdi, qum yola dağıldı

Bakıda ağırtonnajlı maşın qəza törədib.

Hadisə bu gün səhər saat 08:40 radələrində metronun 20 Yanvar stansiyasının yaxınlığında baş verib.

Moskva prospektindən üzü şəhər istiqamətinə hərəkət edən yük avtomobili 20 Yanvar körpüsündəki beton maneəyə dəyib. Təkərləri partlayan maşının yük yerində olan qum yola dağılıb.

Hadisə nəticəsində sözügedən prospektdən üzü şəhər istiqamətinə olan yolda avtomobillər arasında sıxlıq yaranıb. Şahidlərin bildirdiyinə görə, qəza yerinə yol polisi də cəlb olunub. (Trend)

Rubrikanın digər xəbərləri

Xəbər lenti