Xəzər Xəbər

Ötən gün yol qəzalarında 3 piyada ölüb

Hadisə | 14:32 • 21 Noyabr 2018
Ötən gün yol qəzalarında 3 piyada ölüb

Ötən gün yol qəzalarında 3 piyada ölüb.


DİN-dən xezerxeber.az-a verilən məlumata görə, noyabrın 20-də saat 17 radələrində Şəki rayonunun Vərəzət kəndi ərazisində rayon sakini Asiman Sədirov idarə etdiyi "VAZ-21061” markalı avtomobillə yolu keçən kənd sakini, azyaşlı Mehrab Qasımovu vurub. Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.


Noyabrın 20-də saat 19 radələrində Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində kənd sakini Fazil Rzayev idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən həmkəndlisi Rəhilə Namazovanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.


Noyabrın 20-də saat 20 radələrində Sumqayıt ərazisində şəhər sakini Ceyhun Baxışov idarə etdiyi "Lexus” markalı avtomobillə yolu keçən Yavər Əhmədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.


Hər 3 faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti