Xəzər Xəbər

Azərbaycanda ŞOK HADİSƏ: yırtıcılar 4 nəfəri parçaladı

Hadisə | 14:55 • 21 Noyabr 2018
Azərbaycanda ŞOK HADİSƏ:

Lənkəran rayonunda çaqqallar sakinlərə hücum edib.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Osaküçə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 58 yaşlı Südabə Əlibala qızı Həsənova, 60 yaşlı Bəxtiyar Şahhüseyn oğlu Həsənov, 37 yaşlı Rakif Balaxan oğlu Dövlətov və 1 yaşlı Cavid Ələmdar oğlu Hümmətov yırtıcı heyvanların hücumu nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırlıblar. Onlara quduzluq əleyhinə vaksin vurulub.

Xəsarət alan S.Həsənovanın sözlərinə görə bağda toyuq-cücə səsi eşidərək həyətə düşüb və çaqqalın ev quşlarını tələf etdiyini görüb. Bu zaman yırtıcı heyvan ona hücum edib: "Boğazımı dişləmək istəyirdi. Əllərimlə üzümü tutdum. Yerə yıxılıb sifətimi yerə dayadım. Evdəkiləri köməyə çağırdım".

Çaqqal qadının bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib. Köməyə gələn onun həyat yoldaşı B.Həsənov da yırtıcı heyvanların hücumuna məruz qalıb. Çaqqal onun üzərinə tullanaraq sifətini dişləyib.

Xəbər lenti