Xəzər Xəbər

Gəncədə partlayış olan bina yenidən tikiləcək

Hadisə | 13:26 • 20 Noyabr 2018
Gəncədə partlayış olan bina yenidən tikiləcək
Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında baş verən partlayışda zərərçəkən ailələrə yardım ediləcək.


Bu barədə açıqlamasında Gəncənin deputatı Naqif Həmzəyev deyib. O, bildirib ki, ailələr gün ərzində yeni təmir olunmuş yataqxanaya köçürüləcəklər.

"Dövlət tərəfindən lazımi tədbirlər görülür. Uçqun baş verən bina yenidən tikiləcək. Bina hazır olanda, sakinlər öz evlərinə qayıdacaqlar”.

N.Həmzəyev qeyd edib ki, uçqun zamanı həlak olan şəxslərin yas mərasimlərinin xərcləri dövlət tərəfindən qarşılanacaq.

Qeyd edək ki, bu gün səhər saatlarında Gəncə şəhərininKəpəzrayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib. Partlayış nəticəsində ölən 3 nəfərin cəsədi dağıntılar altından çıxarılıb, bir nəfər isə yaralanıb./Azvision.az

Xəbər lenti