Xəzər Xəbər

Bu yolda BÖYÜK TIXAC Ölən var

Hadisə | 20:38 • 19 Noyabr 2018
Bu yolda BÖYÜK TIXAC

Bakı-Sumqayıt yolunda qəza baş verib.

XəzərXəbər xəbər verir ki, hadisə yolun Abşeron rayonu ərazisində, Gənclər şəhərciyinin yaxınlığından keçən hissəsində baş verib. 02-BK-603 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil Sumqayıt istiqamətində hərəkətdə olarkən yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən piyadanı vurub.

Piyada hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə yol polisləri cəlb olunub.

Hadisə nəticəsində yolda böyük tıxac yaranıb. (Trend)

Xəbər lenti