Xəzər Xəbər

Bakıda ağır yol qəzası “Mitsubishi”, “Mersedes” və “Niva” tanınmaz hala düşdü

Hadisə | 11:57 • 17 Noyabr 2018
Bakıda ağır yol qəzası

Qəzanın səbəbkarı içkili olub

Gecə saatlarında paytaxtın Bakıxanov qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Mitsubishi” markalı avtomobil öncə "Mersedes”ə, daha sonra "Niva”ya çırpılıb.

İlkin araşdırma zamanı məlum olub ki, 90 ZJ 014 dövlət nömrə nişanlı "Mitsubishi” markalı avtomobilinin sürücüsü Axundov Fətəli Vəlibəy oğlu nəqliyyat vasitəsini içkili vəziyyətdə idarə edib.

Qəza zamanı xəsarət alan F.Axundov Sabunçu Rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. O, kəllə-beyin travması diaqnozu ilə reanimasiyaya yerləşdirilib. Hazırda vəziyyəti qənaətbəxşdir.

Digər iki avtomobilin sürücüləri xəsarətsiz ötüşüb, avtomobillərə isə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır. (big.az)

Xəbər lenti