Xəzər Xəbər

Cəlilabadda 15 yaşlı yeniyetmədən DƏHŞƏTLİ ƏMƏL: xeyli dərman içdi və...

Hadisə | 09:54 • 13 Noyabr 2018
Cəlilabadda 15 yaşlı yeniyetmədən DƏHŞƏTLİ ƏMƏL:

Cəlilabad rayonunda 15 yaşlı oğlan intihar edib.

Rayonun Qarazəncir kənd sakini, 2003-cü il təvəllüdlü Həmid Xəlil oğlu Həsənov xeyli sayda dərman preparatı qəbul edib. Halı pisləşən H.Həsənov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. İntiharın səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır./publika.az

Xəbər lenti