Xəzər Xəbər

Saatlıda ağır qəza: Ata və 1 yaşlı oğlu öldü

Hadisə | 10:49 • 11 Noyabr 2018
Saatlıda ağır qəza:
Saatlıda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.


XəzərXəbər "Report”a istinadən xəbər verir ki, hadisə rayonun Bəylik kəndi ərazisində baş verib.

1984-cü il təvəllüdlü Bakı sakini Qəmbərov Şamo Səlamət oğlunun idarə etdiyi "Opel” markalı avtomobil yol kənarındakı dirəyə çırpılıb.


Qəza nəticəsində Ş.Qəmbərov və 1 yaşlı oğlu Rauf dünyasını dəyişib. Faktla bağlı ərazidə araşdırma aparılır.

Xəbər lenti