Xəzər Xəbər

Piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb

Hadisə | 15:19 • 10 Noyabr 2018
Piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb

Bakıda naməlum piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb.

DİN-dən xezerxeber.az-a verilən məlumata görə, Bakı şəhər BPİ və Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 8-də 40-45 yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək oradan yayınmış "Ford Transit” markalı avtomobilin sürücüsü Hövsan qəsəbə sakini Ağasadiq Hacıyev müəyyən edilərək saxlanılıb.

Xəbər lenti