Xəzər Xəbər

Ötən gün 109 cinayət faktı qeydə alınıb

Hadisə | 11:04 • 10 Noyabr 2018
Ötən gün 109 cinayət faktı qeydə alınıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün 109 cinayət faktı qeydə alınıb. Onların 18-i "isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 12 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 10 nəfər xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 16 nəfər saxlanılıb.

Xəbər lenti