Xəzər Xəbər

Barmaqda qalan üzüyü FHN kəsib çıxardı

Hadisə | 09:53 • 9 Noyabr 2018
Barmaqda qalan üzüyü FHN kəsib çıxardı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin barmağında olan üzük sıxılaraq qalıb.


FHN-dən xezerxeber.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri üzüyü kəsmiş və vətəndaşın barmağından çıxararaq zərərçəkmişi aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti