Xəzər Xəbər

“Hacı”dan 1 kq heroin alanlar tutuldu

Hadisə | 16:42 • 7 Noyabr 2018
“Hacı”dan 1 kq heroin alanlar tutuldu
Yüksək psixotrop təsirə malik narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin daxili işlər orqanları tərəfindən ifşa edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə bildiriblər ki, daxil olmuş məlumat əsasında Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Lənkəranrayon sakini İsmət Babayevin idarə etdiyi "Toyota” markalı avtomobil xüsusi nəzarət qaydasında Sumqayıt şəhəri ərazisində saxlanılıb.

Onun avtomobilində olan Masallı rayon sakini İltimas Əliyevin üzərinə baxış keçirilən zaman sellofan torbaya bükülmüş, içərisində 1 kiloqram 100 qram çəkidə heroin aşkarlanaraq götürülüb.

Araşdırma zamanı İ.Əliyevin həmin narkotik vasitəni Masallı rayonu ərazisində "Hacı” adlı İran vətəndaşından aldığı və İ.Babayevlə birlikdə satmaq məqsədilə Sumqayıt şəhərinə gətirdiyi müəyyən edilib. Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti