Xəzər Xəbər

Mərmər parçasıyla həkimin başını yardı Xəstəxanada dəhşət

Hadisə | 15:03 • 7 Noyabr 2018
Mərmər parçasıyla həkimin başını yardı

Türkiyənin Şanlıurfa Universitetinin Uşaq Xəstəxanasının həkimi Bahəddin Əhməd Yalçının başını mərmərlə yarıblar.

Hadisə xəstəxanada müalicə alanlardan birinin A.K adlı qohumu tərəfindən törədilib. O, mərmər parçası ilə iki dəfə həkimin başına vurub. Yenidən həkimə hücum etmək istəyən şəxsə ətrafdakılar mane olublar.

Həkimin başını yaran şəxsə qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb. Ölümdən dönən həkimin başını yaran şəxs saxlanılıb. Onun cinayət işi Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Həmin şəxsin 15 il həbs cəzasına məhkum olunması istənilib. Hadisənin səbəbi barədə məlumat yoxdur.teleqraf


Rubrikanın digər xəbərləri

Xəbər lenti