Xəzər Xəbər

Usta şadlıq evində yıxılaraq ölüb - Sumqayıtda

Hadisə | 12:28 • 7 Noyabr 2018
Usta şadlıq evində yıxılaraq ölüb -

Sumqayıt şəhərindəki şadlıq evlərindən birində ölüm hadisəsi baş verib.


Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gün şəhər ərazisində fəaliyyət göstərən "Green House" şadlıq sarayında qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü şəhər sakini Ağacanov Emil Elçin oğlu "Sədərək" ticarət mərkəzindəki iş yerindən irihəcmli çılçıraq gətirərək, sarayda quraşdırmaq istəyib. Lakin hündürlükdən yıxılaraq ölüb.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti