Xəzər Xəbər

İşdən gələndə dəhşətli hadisənin qurbanı oldu 5 gün sonra ad günü olacaqdı

Hadisə | 15:28 • 6 Noyabr 2018
İşdən gələndə dəhşətli hadisənin qurbanı oldu

Ötən gecə Bakı-Quba yolunun 33-cü kilometrliyində - Sumqayıt ərazisində baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

22 yaşlı Spartak Cəbiyevin idarə etdiyi "Kamaz” markalı yük maşınının altında qalaraq vəfat edən Elvin Ağayevin 5 gün sonra, yəni noyabrın 11-də ad günü olacaqmış. O, gecə saatlrında işdən qayıdarkən digər piyada 1997-ci ildə anadan olmuş Rasim Rüstəmli ilə birgə yük maşınının altında qalıb. E.Ağayev hadisə yerində ölüb, R.Rüstəmli isə Sumqayıt şəhər Təcili Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

*****

09:25

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Magistralın 33-cü kilometrliyində - Sumqayıt ərazisində Spartak Cəbiyev idarə etdiyi "Kamaz” markalı yük maşını ilə yolu keçməyə çalışan piyadaları vurub. Nəticədə Sumqayıt şəhər sakini, 1987-ci il təvəllüdlü Elvin Ağayev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər piyada, 1997-ci ildə anadan olmuş Rasim Rüstəmli isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./publika.az

Xəbər lenti