Xəzər Xəbər

Vətəndaşları ziyarət adıyla aldatdı və... Salyanda ŞOK CİNAYƏT

Hadisə | 21:37 • 5 Noyabr 2018
Vətəndaşları ziyarət adıyla aldatdı və...

Salyan rayonunda Məşhəd və Kərbəla ziyarətinə getmək istəyənləri aldadaraq pullarını mənimsəyən şəxs saxlanılıb.

XəzərXəbər "Report”a istinadən xəbər verir ki, rayonun Xalac kənd sakini Cəmil Gülağa oğlu Mirzəyev Salyan rayon Polis şöbəsinə müraciət edib.

O, təsadüfən tanış olduğu Miramil adlı şəxsin onu və həyat yoldaşını Məşhəd və Kərbəla ziyarətlərinə aparacağı adı ilə ondan 640 manat və ümumvətəndaş pasportunu aldığını, lakin vədinə əməl etmədiyini bildirib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində özünü Miramil kimi təqdim edən şəxsin 1986-cı il təvəllüdlü, Şirvan şəhər. H.Əliyev küçəsi ev 46, mənzil 34 ünvanında yaşayan Amil Əlisəfa oğlu Zeynalov olduğu müəyyənləşib. Aparılmış araşdırma zamanı Cəmil Mirzəyevin Nigar Hacıağa qızı Sadıqova və Sona Budaq qızı Həsənovanı Məşhəd və Kərbəla ziyarətinə aparmaları üçün Amil Zeynalova bu il oktyabrın 8-də rayonun Qarabağlı kəndində 320, oktyabrın 10-da isə Xalac kəndində 320 manat pul verdiyi məlum olub. Lakin Amil Zeynalov həmin şəxsləri aparmadan ziyarətdən qayıdarkən saxlanılıb. A. Zeynalov törətdiyi əməli etiraf edib.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti