Xəzər Xəbər

Azərbaycanda 14 yaşlı oğlanın dəhşətli ölümü ilə bağlı YENİ FAKTLAR

Hadisə | 18:20 • 5 Noyabr 2018
Azərbaycanda 14 yaşlı oğlanın dəhşətli ölümü ilə bağlı

Ağstafa rayonunda 14 yaşlı oğlanın öldüyü dəhşətli hadisənin bəzi təfərrüatları məlum olub.

Rayonun Sadıqlı kəndində yaşayan 2004-cü il təvəllüdlü İbrahimov Famil Tahir oğlu həmyaşıdları, İsayev Sənan Rafiq oğlu və Mikayılov Əfran Kamandar oğlu ilə noyabrın 3-də meşəyə odun qırmaq üçün razılaşıblar. Bu məqsədlə Sənan qonşuda yaşayan Musa adlı şəxsdən at arabası götürüb, Famil də öz arabasını həmin dəmir arabaya qoşub. Əfran Mikayılov isə eşşək arabası ilə dostlarının ardınca gedib. Lakin meşəyə daxil olan kimi əraziyə nəzarət edən meşəbəyi onların qarşısını kəsib və geri qaytarıb. Yeniyetmələr geri qayıdarkən Sənan İsayev qonşudan aldığı arabada, Famil isə ona qoşulmuş öz arabasında oturub. Yolda bir qədər sürət artan kimi Familin olduğu ikinci araba aşıb və o, yola yıxılıb. Bu zaman 14 yaşlı oğlanın başı arabanın təkərinin altında qalıb və o ənsə-gicgah nahiyəsindən ağır xəsarət alaraq hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

****

Ağstafa rayonunda 14 yaşlı oğlan at arabasının altında qalaraq ölüb.

Rayonun Saloğlu qəsəbə sakini, 2004-cü il təvəllüdlü İbrahimov Famil Tahir oğlu həmyaşıdı olan 2 dostu ilə birgə at arabası ilə meşəyə odun yığmağa gedib. Lakin meşəbəyi onların qarşısını kəsərək geri qaytarıb. Evə dönərkən F.İbrahimovun sürdüyü at arabası aşıb və o, gicgah nahiyəsindən aldığı ağır xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti