Xəzər Xəbər

52 min manatı mənimsəyib polisi aldadan şəxs saxlanılıb

Hadisə | 12:31 • 5 Noyabr 2018
52 min manatı mənimsəyib polisi aldadan şəxs saxlanılıb

Bərdədə polisə yalan məlumat verilən şəxs saxlanılıb.


DİN-dən xezerxeber.az-a verilən məlumata görə, Bərdə rayonu ərazisindəki şirkətlərin birində maliyyəçi işləyən M.Cəfərov Rayon Polis Şöbəsinə müraciət edərək noyabrın 2-də saat 20 radələrində Cəyirli kəndi ərazisində idarə etdiyi "Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurduğunu, huşunu itirdiyindən avtomobildə olan şirkətə məxsus təqribən 52 min manata yaxın pulun oğurlandığını bildirib.


Məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla M.Cəfərovun polisə yalan məlumat verdiyi üzə çıxıb.


Belə ki, onun həmin məbləğdə pulu mənimsəyərək Ağdam rayon sakini olan qohumunun evində gizlətdiyi və qəsdən yol-nəqliyyat hadisəsi törədərək pulun oğurlanması barədə yalan məlumat verdiyi müəyyən edilib.


M.Cəfərov polis əməkdaşları tərəfindən saxlanılıb, göstərilən miqdarda vəsait şirkətə qaytarılıb.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti