Xəzər Xəbər

Türkiyə prezidentinin xidməti təyyarəsinin pilotu həlak olub

Hadisə | 15:59 • 4 Noyabr 2018
Türkiyə prezidentinin xidməti təyyarəsinin pilotu həlak olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xidməti təyyarəsinə pilotluq edən Sərdar Halil Girgin yol-nəqliyyat hadisəsində həlak olub. O, Zonguldakın Erəğli rayonunda idarə etdiyi motosikletlə qəzaya uğrayıb.


Xezerxeber.az AZƏRTAC-a isrinadən xəbər verir ki, Sərdar Halil Girgin 2013-cü ildə Sankt-Peterburq-Buenos-Ayres reysi ilə 16 saat fasiləsiz uçuş edib. "Boeing 777” təyyarəsi ilə həyata keçirilən bu səfər Türk Hava Yollarının tarixində uzunmüddətli uçuş kimi rekord qazanıb.

Xəbər lenti