Xəzər Xəbər

Gömrükdən qanunsuz qızıl keçirmək istədi

Hadisə | 11:38 • 3 Noyabr 2018
Gömrükdən qanunsuz qızıl keçirmək istədi
Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar Gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.


Komitədən XəzərXəbər-ə verilən məlumata görə, qadın sərnişin keçid xəttində metal axtaran qurğudan keçərkən avadanlıq xəbəredici siqnal verib. Vətəndaş elektron və sadələşdirilmiş bəyənnamə təqdim etmədiyindən onunla şifahi sorğu-sual aparılıb. Bu zaman o, üzərində gizlədilmiş və mütləq bəyan olunmalı hər hansı bir predmetin olmadığını bildirib. Lakin aparılan şəxsi yoxlama zamanı vətəndaşın sinə nahiyəsində gizlətdiyi parça pul kisəsinin içərisindən, əvvəlcədən gömrük nəzarətinə yazılı, elektron və şifahi qaydada bəyan olunmayan, ümumi çəkisi 64 qram qızıl zərgərlik məmulatları-1 ədəd qızıl boyunbağı, bir ədəd qolbaq, biri böyük, digəri isə orta ölçülü olmaqla 2 ədəd kulon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti