Xəzər Xəbər

Bakıdan Daşkəndə yarım kq qızıl aparanlar saxlanılıb

Hadisə | 10:53 • 3 Noyabr 2018
Bakıdan Daşkəndə yarım kq qızıl aparanlar saxlanılıb
Heydər Əliyev Beynəlxalq Aeroportunda "Bakı-Daşkənd” aviareysinin rəsmiləşdirilməsi zamanı Dövlət Sərhəd Xidmətinin (DSX) Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində gömrük və sərhəd nəzarətindən gizlin şəkildə, mütəşəkkil dəstə tərəfindən külli miqdarda qiymətli daş-qaş və qızıl-zinət əşyalarının dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.


DSX-nin Mətbuat mərkəzindən XəzərXəbər-ə verilən məlumata görə, dəstə üzvləri 240 qram çəkisi olan 14 ədəd brilyant dəstini və 4 ədəd mirvari boyunbağını "Bakı-Daşkənd” aviareysinin sərnişinləri arasında paylayaraq gömrük və sərhəd nəzarətindən gizlin şəkildə ölkə ərazisindən çıxarmağa cəhd göstəriblər. Nəticədə bu zinət əşyalarını dövlət sərhəddən keçirməyə cəhd göstərən 11 nəfər əcnəbi vətəndaşı saxlanılıb.


Araşdırmaların davamı olaraq keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin üzvləri, Azərbaycan Respublikasının vətəndaşları Bağırov Mahir Malik oğlu, Məmmədov Elçin Deklad oğlu, Abdurəhmanov Səfa Balaqardaş oğlu və Özbəkistan vətəndaşı Orucova Yeganə Müzəffər qızı müəyyənləşdirilərək Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılıblar. Onların üzərinə keçirilmiş baxış zamanı üstlərindən əlavə olaraq 493 qram daş-qaşlı qızıl zinət əşyaları, 4735 ABŞ dolları, 700.000 Özbək sumosu aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti