Xəzər Xəbər

Bakıda DƏHŞƏT: 3 nəfər diri-diri yandı!

Hadisə | 10:41 • 3 Noyabr 2018
Bakıda DƏHŞƏT:
Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 70 m² olan kafenin yanar konstruksiyaları 10m² sahədə yanıb.

FHN-dən XəzərXəbər-ə verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş 1989-cu il təvəllüdlü Əliyev Kərəm Əli oğlunun, 1982-ci il təvəllüdlü Əhmədov Bəhruz Fazil oğlunun və daha 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Rubrikanın digər xəbərləri

Xəbər lenti